SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) və “Veysəloğlu Şirkətlər Qrupu” arasında anlaşma memorandumu imzalanıb.
BANM-dən TƏHSİL.BİZ-ə bildirilib ki, memorandumun məqsədi tələbələrin karyera imkanlarını genişləndirmək və onların praktiki biliklərini artırmaqdır.
Memorandumun imzalanması mərasimində 3500 yeni iş yerinin açıldığı və iqtisadi inkişaf naminə əməkdaşlığın inkişafı vurğulanıb.
Tədbir çərçivəsində Veysəloğlu Şirkətlər Qrupu”nun təsisçisi Aydın Talıbov tələbələrlə görüşərək onların suallarını cavablandırıb, şirkətdə mövcud iş imkanları və təcrübə proqramları haqqında ətraflı məlumat verib.
Memorandumu BANM-ın rektoru Elmar Qasımov və “Veysəloğlu Şirkətlər Qrupu”nun təsisçisi Aydın Talıbov imzalayıblar.