Logo

Fizika müəllimləri üçün sertifikatlaşdırma mövzuları

04.03.2025 14:23 100 baxış
IMG

Təhsil İnstitutu təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsini təqdim edib.  

TƏHSİL.BİZ  xəbər verir ki, fizika fənni üzrə sertifikatlaşdırma imtahanında ümumilikdə 3 mövzudan ibarət 50 sual təqdim ediləcək. Fizika müəllimləri Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər, həmçinin Eksperimental fizika və müasir həyat mövzularından hər birindən 15 sual, Fiziki hadisələr, qanun və qanunauyğunluqlar mövzusundan isə 20 sual cavablandırmalı olacaqlar.  

Qiymətləndirmə çərçivəsinə əsasən, fizika müəllimləri üçün məzmun sahələri və müvafiq mövzular aşağıdakılardır:  

Mexanika:  
- Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkət  
- Çevrə üzrə bərabərsürətli hərəkət  
- Nyuton qanunları  
- Statikanın əsasları  
- Ümumdünya cazibə qanunu, ağırlıq qüvvəsi  
- Elastiklik qüvvəsi, çəki  
- Sürtünmə qüvvəsi  
- Bir neçə qüvvənin təsiri altında hərəkət  
- İmpuls, enerji, saxlanma qanunları  
- Mexaniki iş, güc  
- Mexaniki rəqslər  
- Mexaniki dalğalar  
- Bərk cisimlərin, mayelərin və qazların təzyiqi  
- Arximed qanunu  

Molekulyar fizika:
- Molekulyar kinetik nəzəriyyə  
- İdeal qaz qanunları  
- Termodinamikanın əsasları  
- Doyan və doymayan buxar  
- Bərk cisimlərin xassələri  
- Mayelərin xassələri  

Elektrodinamika:
- Elektrik yükü, elektrik sahəsi  
- Elektrostatik sahədə görülən iş  
- Elektrik tutumu, elektrik sahəsinin enerjisi  
- Sabit cərəyan qanunları  
- Müxtəlif mühitlərdə elektrik cərəyanı  
- Maqnit sahəsinin induksiyası  
- Yüklü zərrəciklərin maqnit sahəsində hərəkəti  
- Elektromaqnit induksiyası  
- Maqnit sahəsinin enerjisi  
- Elektromaqnit rəqsləri  
- Elektromaqnit dalğaları  
- Dəyişən elektrik cərəyanı  

Optika:
- Həndəsi optikanın qanunları  
- Müstəvi və sferik güzgülər, linzalar  
- Dalğa optikası  

Kvant fizikası:
- İşıq kvantları və fotoeffekt  
- Atom fizikası  
- Nüvə fizikası  
- Elementar zərrəciklər və onların təsnifatı  

Qeyd edək ki, test imtahanında bütün fənlər üzrə ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklərə istinad olunur. (Təqdim olunan mövzular daha çox diqqət yetirilməli olanlardır).  

Xatırladaq ki, test imtahanında bütün fənlər, həmçinin metodika və pedaqogika üzrə iştirakçıların bilik və bacarıqları həm nəzəri, həm də praktik şəkildə yoxlanılır. Bütün fənlər həmçinin metodika və pedaqogika üzrə iştirakçıların tətbiqetmə, təhliletmə, problem həlletmə və digər bacarıqları praktik və situativ suallarla ölçülür.

Xəbər lenti