Logo

Turan Beynəlxalq Universitetinin rektoru ADU-da olub

04.03.2025 10:55 26 baxış
IMG

Özbəkistanın Turan Beynəlxalq Universitetinin rektoru Axadxon Najmıtdınov Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

Bu barədə TƏHSİL.BİZ -ə ADU-dan bildirilib. ADU-nun rektoru akademik Kamal Abdulla ilə görüşdə qeyd olunub ki, Azərbaycanla Özbəkistan arasında sıx iqtisadi, siyasi, elmi və mədəni əlaqələr mövcuddur. Elmi əlaqələrin inkişafı, müəllim, tələbə mübadiləsi hər iki ölkənin beynəlxalq elmi əməkdaşlığı imkanlarının artırılması baxımından çox önəmlidir.

ADU-da fəaliyyət göstərən beynəlxalq dil və mədəniyyət mərkəzləri, layihələr, beynəlxalq proqramlar haqqında qonağa məlumat verilib.

Rektor Axadxon Najmıtdınov səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirib. Qonaq bildirib ki, Turan Beynəlxalq Universiteti ADU ilə əməkdaşlıq etməkdə maraqlıdır. Universitetlər arasında elmi əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin qurulması elmi təcrübənin bölüşməsi baxımından əhəmiyyətlidir.

Görüşdə müzakirə olunan məsələlər sırasında müəllim, tələbə mübadiləsinin rolu önə çəkilib. Qeyd edilib ki, hər iki universitetin QS reytinqlər cədvəlində fərqlənməsi və beynəlxalq əməkdaşlığa üstünlük verməsi yeni perspektivlərdən xəbər verir.

Elmi mübadilə çərçivəsində ADU tələbələri üçün müxtəlif qrantların ayrılması, təhsil müddətində tələbələr üçün kampuslarda əlverişli şəraitin yaradılması ilə bağlı fikirlər səsləndirilib.

Görüş gələcək elmi əməkdaşlıq ətrafında aparılan müzakirələrlə davam edib.

Qeyd edək ki, Turan Beynəlxalq Universiteti Özbəkistanın ən müasirləşdirilmiş özəl universitetlərindən biridir.

Xəbər lenti