Logo

BANM-in 26 yaşlı müəllimi –Aydın Nəsirzadə

04.03.2025 10:49 27 baxış
IMG

Aydın Nəsirzadə 2014-cü ildə 690 balla Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olub. Prezident təqaüdçüsüdür.

BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, o, 2019-cu ildə Milan Politexnik Universitetinin magistratura pilləsinə qəbul olub. Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən xaricdə təhsilin maliyyələşdirilməsi proqramının qalibi olub. Daha sonra Vətənə qayıdıb və ölkəsində xidmət etməyə başlayıb. 2022-ci ildən etibarən İnformasiya texnologiyaları kafedrasının müəllimi vəzifəsində çalışır.

“TEKNOFEST 2024”də 3, “İNFOTECH-2024” beynəlxalq elmi konfransında isə 2 komandanın rəhbəri olub.

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Qarabağın dirçəlişi - ekolayihə mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsində elmi rəhbər olub, tələbəsi II yerə layiq görülüb.

Hazırda BANM-in doktorantıdır.

Xəbər lenti