Logo

Milli Qəhrəmanların şəxsi əşyaları muzeyə təqdim edilib

04.03.2025 13:03 26 baxış
IMG

“Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin Aktau şəhəri ərazisində qəzaya uğraması nəticəsində həlak olmuş Azərbaycanın Milli Qəhrəmanları – İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevaya aid şəxsi əşyalar ailələri tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilib.

Bu barədə muzeydən TƏHSİL.BİZ -ə məlumat verilib.

Bildirilib ki, Milli Azərbaycan Tarixi Muzeyi ölkəmizin tarixi və mədəni irsinin qorunması və təbliği istiqamətində fəaliyyət göstərən aparıcı müəssisələrdən biridir. Muzeydə Azərbaycanın görkəmli şəxsiyyətlərinə, Milli Qəhrəmanlarına aid şəxsi əşyalar, sənədlər və digər materiallar qorunur. Həmin materiallar həm muzeyin daimi ekspozisiyasında, həm də müxtəlif mövzulu sərgilərdə nümayiş olunur və təbliğ edilir.

Qeyd edək ki, muzeyə daxil olan yeni materiallar tezliklə ekspozisiyada nümayiş olunacaq.

 

 

 

 


 

Xəbər lenti