Logo

AMEA-nın “Əziz Səncər fəxri diplomu” təsis edilib

08.03.2025 22:08 100 baxış
IMG

Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın “Əziz Səncər fəxri diplomu”nun təsis edilməsi haqqında məsələ də müzakirəyə çıxarılıb.

Bu barədə TƏHSİL.BİZ -ə akademiyadan məlumat verilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, 2024-cü il iyunun 3-də Azərbaycan Milli Elmlər Akademiyasında Nobel mükafatı laureatı, AMEA-nın Fəxri üzvü, ABŞ Şimali Karolina Universitetinin professoru Əziz Səncərlə görüşə həsr olunmuş AMEA-nın Ümumi yığıncağının Xüsusi iclası keçirilib və iclasda Azərbaycan Milli Elmlər Akademiyasının “Əziz Sancar fəxri mükafatı”nın təsis edilməsi qərara alınıb. İsa Həbibbəyli vurğulayıb ki, AMEA-nın 2025-ci il 20 fevral tarixli Ümumi yığıncağının qərarı ilə qeyd olunan mükafat “Azərbaycan Milli Elmlər Akademiyasının “Əziz Səncər fəxri diplomu” olaraq təsdiqlənib.

Rəyasət Heyəti tərəfindən AMEA-nın “Əziz Səncər fəxri diplomu”nun təsis edilməsi haqqında qərar qəbul olunub.

Xəbər lenti