Logo

AzTU və AzMİ arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub

06.03.2025 11:20 39 baxış
IMG

Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə görüş keçirilib.

AzTU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, görüş zamanı institutun fəaliyyət sahələri, kalibrlənmə və yoxlanılma imkanları, eləcə də laboratoriyalarda görülən təkmilləşdirmə işləri barədə məlumat verilib. Həmçinin AzTU-nun bakalavr, magistr və doktoranturada təhsil alan tələbələrinin AzMİ-də təcrübə keçməsi və elmi məqalələrinin universitetin elmi jurnalında nəşr olunması barədə təkliflər irəli sürülüb.

Bundan əlavə, müştərək elmi jurnalın yaradılması, elmi konfranslar və təlim proqramlarının birgə təşkili istiqamətində əməkdaşlıq perspektivləri müzakirə edilib. Həmçinin “AzMİ Akademiya” layihəsi çərçivəsində təşkil olunan təlim-tədris proqramları, və seminarlar barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda AzMİ-nin mayelərin kinematik özlülüyünün ölçülməsi, kütlə, o cümlədən yeni yaradılan həcm, tibb, müqavimət, vaxt və tezlik, paylanma parametrləri və radiotezlik gücünün ölçmələri üzrə laboratoriyalarına baxış keçirilib.


 

Xəbər lenti