Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticələri əsasında Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 42 şagirdi final mərhələsinə vəsiqə qazanıb.
İdarədən TƏHSİL.BİZ -ə verilən məlumata görə, bu şagirdlər Azərbaycan dili, biologiya, coğrafiya, fizika, informatika, kimya, riyaziyyat və tarix fənləri üzrə biliklərini sınayıblar. Şagirdlər ən çox tarix (10 nəfər) və informatika fənləri üzrə (6 nəfər) uğur qazanıblar. Digər fənlər üzrə isə nəticələr aşağıdakı kimi formalaşıb:
Azərbaycan dili: 5
Biologiya: 5
Coğrafiya: 2
Fizika: 5
Kimya: 5
Riyaziyyat: 4
Tarix: 10
İnformatika: 6
Bölgədə ən çox uğur göstərənlər Mingəçevir şagirdləri (16 nəfər) olub. Sonrakı sıralamada Ağdaş (7 nəfər), Göyçay (5 nəfər), Yevlax (5 nəfər), Kürdəmir (4 nəfər), Ucar (4 nəfər) və Zərdab (1 nəfər) rayonlarının şagirdləri yer alır.