Logo

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

06.03.2025 13:02 71 baxış
IMG

Martın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin Texnologiya müəllimliyi ixtisasının iki qrupunda  "Heydər Əliyev dərsləri" keçirilib.

Bu barədə TƏHSİL.BİZ-ə universitetdən məlumat verilib.

Bildirilib  ki, universitetin Heydər Əliyev Mərkəzi tərəfindən təşkil olunan dərsin əvvəlində tələbələr Ulu Öndərin adını daşıyan muzeyi ziyarət ediblər. Mərkəzin baş mütəxəssisi Aynurə Əsgərova onları eksponatlarla tanış edib, nümayiş olunan fotoşəkillər, suvenirlər və arxiv sənədlərinin surətləri barədə ətraflı məlumat verib. Dərs daha sonra ADPU-nun Heydər Əliyev Məktəbinin lektoriyasında davam etdirilib.

Lektoriyada tələbələr Heydər Əliyev Mərkəzinin müdiri T. Süleymanovun “Ulu Öndərin Azərbaycan tarixindəki yeri və rolu” mövzusunda məruzəsini  dinləyiblər. Məruzəçi qeyd edib ki, fenomenal şəxsiyyət olan Heydər Əliyev iki fərqli sosial-iqtisadi və siyasi sistem şəraitində ölkəyə uğurla rəhbərlik edib. 1969-1982-ci illəri əhatə edən ilk dövrdə Azərbaycan sosial-iqtisadi gerilikdən sürətli inkişaf yoluna qədəm qoyub, cəmiyyət həyatının bütün sahələrində əhəmiyyətli dəyişikliklər baş verib. Müstəsna liderlik keyfiyyətləri sayəsində Heydər Əliyev 1982-1987-ci illərdə Sovet İttifaqının ali rəhbərlərindən biri səviyyəsinə yüksələ bilib. 1993-2003-cü illər isə onun  Azərbaycana rəhbərlik etdiyi ikinci dövrdür. XX əsrin sonlarında yenicə müstəqillik qazanmış ölkəmizdə Heydər Əliyev kimi təcrübəli bir siyasətçinin hakimiyyətə qayıdışı Azərbaycanı xaos və anarxiyadan qurtararaq, ictimai-siyasi sabitlik, iqtisadi dirçəliş və inkişaf yoluna çıxarıb.

Dünyanın aparıcı dövlətlərinin liderlərinin Heydər Əliyev haqqında söylədiyi fikirləri əks etdirən slaydların nümayişindən sonra iştirakçılar “Böyük lider Heydər Əliyevin həyat yolu” adlı sənədli filmə tamaşa ediblər. 

Sonda dərs boyu verilmiş məlumat və materiallar əsasında  tələbələrə suallar ünvanlanıb, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 

 


 

Xəbər lenti