Bu gündən etibarən Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində “Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb.
TƏHSİL.BİZ xəbər verir ki, 11 mart tarixində Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin müəllimləri əyani şəkildə müsahibədə iştirak ediblər.
Qeyd edək ki, müsahibə mərhələsi həm əyani, həm də onlayn formatda mərhələli şəkildə həyata keçirilir. Müsahibənin video qeydiyyatı aparılır. Müsahibə mərhələsində yüksək nəticə göstərən və qeyd olunan meyarlara uyğun gələn müəllimlər növbəti mərhələyə keçmək hüququ əldə edəcəklər.