Martın 9-da “International World Innovative Student Expo 2025” (IWISE) yarışması keçirilib. Yarışda tələbələr “STEM", “Itech", "Robotics” kateqoriyaları üzrə layihələr təqdim ediblər. Yarışda Bakı Dövlət Universiteti (BDU) “EcoGenX”, “STAJ”, “TechTitans” və “RoSE” komandaları ilə təmsil olunub.
BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, universitetin “STAJ” komandası “Itech” kateqoriyası üzrə I, “TechTitans” komandası isə “Robotics” kateqoriyası üzrə II yerə layiq görülüb.
Qeyd edək ki, yarışmada I yerə layiq görülən “STAJ” komandası iyunun 15-dən 20-dək ABŞ-ın Boston şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.