Logo

“Müasir metodist” layihəsinin iştirakçıları üçün müsahibə mərhələsinə başlanılır

10.03.2025 12:31 86 baxış
IMG

Martın 11-dən Təhsil İnstitutunun “Müasir metodist” layihəsi çərçivəsində müəllimlər üçün müsahibə mərhələsinin icrasına başlanılır.

Bunu Təhsil İnstitutundan TƏHSİL.BİZ -ə bildiriblər. 

Qeyd edilib ki, bu həftə Abşeron-Xızı, Dağlıq Şirvan və Lənkəran-Astara Regional Təhsil İdarələrinə tabe olan ümumi təhsil müəssisələrində çalışan və “Müasir metodist” layihəsi üzrə qeydiyyatdan keçən müəllimlər müsahibə mərhələsinə cəlb olunacaqlar.

Xəbər lenti