Logo

Şirvan məktəblisi beynəlxalq turnirdə qızıl medal qazanıb

10.03.2025 17:23 120 baxış
IMG

Şirvan məktəblisi Monteneqroda keçirilən beynəlxalq turnirdə qızıl medala layiq görülüb.
  
Şirvan-Salyan Regional Təhsil İdarəsindən TƏHSİL..BİZ -ə verilən məlumata görə, martın 3-9-da Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində Azərbaycan yığma komandasının heyətində çıxış edən Şirvan Olimpiya İdman Kompleksinin boks bölməsinin yetirməsi və Şirvan şəhəri 4 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Zidan Hümbətov 54 kq çəki dərəcəsində qızıl medal əldə edib.

Qeyd olunub ki, yığmamız yarışda  ümumilikdə 1 qızıl, 3 bürünc medal qazanıb.

Xəbər lenti