Logo

BSU-da “I Türkoloji Qurultayın 100 illiyi ərəfəsində: Ortaq türk terminləri problemi tarixdə və günümüzdə“ mövzusunda elmi seminar keçirilib

11.03.2025 13:15 111 baxış
IMG

Martın 11-də Bakı Slavyan Universitetində (BSU) Filologiya fakültəsinin nəzdində Türkologiya kafedrasının təşkilatçılığı ilə “I Türkoloji Qurultayın 100 illiyi ərəfəsində: Ortaq türk terminləri problemi tarixdə və günümüzdə” mövzusunda elmi seminar keçirilib.

Elmi seminarda Türkologiya kafedrasının müdiri, dosent Gülnarə Əliyeva I Türkoloji Qurultayın keçirildiyi tarixi dövr, bu möhtəşəm elmi tədbirin gerçəkləşməsinə zəmin yaradan hallar, Qurultayda qəbul edilən mühüm qərarlar və Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Qurultaya dövlət səviyyəsində verilən hüquqi qiymət barədə ətraflı məlumat verib.

Türkologiya kafedrasının dosenti Nuridə Novruzovanın “I Türkoloji Qurultayın 100 illiyi ərəfəsində: Ortaq türk terminləri problemi tarixdə və günümüzdə“ mövzusunda dinlənilən məruzəsində müasir dövrümüzdə aktual əhəmiyyət kəsb edən Türk dillərinin ortaq terminologiya problemləri geniş əksini tapıb.

Elmi seminar mövzu ətrafında müzakirənin aparılması və tələbələrin suallarının cavablandırılması ilə başa çatıb.

 

Elmi seminar mövzu ətrafında müzakirənin aparılması və tələbələrin suallarının cavablandırılması ilə başa çatıb.

 

 

 

 


 

Xəbər lenti