Logo

Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib

08.03.2025 22:07 93 baxış
IMG

AMEA Rəyasət Heyətinin növbəti iclasında Azərbaycan Prezidentinin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2025-ci il 21 fevral tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr də müzakirə olunub.

Bu barədə TƏHSİL.BİZ -ə AMEA-dan məlumat verilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Bəxtiyar Vahabzadə daim milli azadlıq və istiqlal eşqi ilə yaşayıb, XX əsrdə ana dilimiz haqqında ən cəsarətli şeiri yazıb, məhz bu xidmətlərinə görə, Azərbaycan Respublikasının ən ali təltiflərindən “İstiqlal” ordenini alan 3 şairdən biri olub.

Akademik İsa Həbibbəyli görkəmli şairin yubileyinin nəinki ölkəmizdə, bütün Türk dünyasında qeyd olunduğunu, TÜRKSOY-un 2025-ci ili “Bəxtiyar Vahabzadəni Anım İli” elan etdiyini bildirib. AMEA rəhbəri şairin 100 illik yubileyinin akademiyada da yüksək səviyyədə keçiriləcəyini diqqətə çatdırıb və AMEA-nın elmi müəssisə və təşkilatlarına, regional elmi bölmə və mərkəzlərinə Bəxtiyar Vahabzadənin yubileyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanması istiqamətində təkliflərini təqdim etmələrini tapşırıb.

Xəbər lenti