Logo

“Kəpəz”in oyunçuları Azərbaycan Dövlət Aqrar Universitetində olublar

06.03.2025 16:43 49 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin və “Kəpəz” futbol klubunun təşkilatçılığı ilə “Rasizmə qırmızı vərəqə göstər” adlı görüş keçirilib.

TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, universitetdə reallaşan görüşdə malili Mahammadu Ba, Anqolaəsilli portuqaliyalı Valdemar Almeyda, maltalı Trent Buhagiar, eləcə də yerli oyuçulardan İlkin Qırtımov və Əli Səmədov iştirak ediblər. Görüşdə insanların etnik mənsubiyyətinə, irqinə, xarici görünüşünə və digər xüsusiyyətlərinə, fərqlərinə görə ayrı-seçkiliyə məruz qalması pislənilib. Müasir dünyamızda həyatın bütün sahələrində olduğu kimi, futbolda da irqçi davranışlara hələ də rast gəlinməsi təəssüflə qeyd olunub. Komandamızın legionerləri bununla belə Azərbaycanda rasizmlə üzləşmədiklərini, onlara qarşı münasibətin normal olduğunu bildiriblər.

Dəyirmi masada ADAU-da təhsil alan xarici tələbələr arasında Afrika ölkələrindən də təhsil almaq üçün Gəncəyə gələnlərin olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, onlar da multikulturalizm ənənələrinin güclü olduğu Azərbaycanda heç vaxt irqçi münasibətlə üzləşməyiblər.

Görüşün sonunda futbolçularımız ADAU-nun kitabxanası ilə tanış olublar.

Xəbər lenti