Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Bağçılıq kafedrasının doktorantı Ayhan Əhmədov Türkiyənin Isparta şəhərində yerləşən Isparta Tətbiqi Elmlər Universitetində təlimdə iştirak edib.
TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, burada molekulyar araşdırmalar aparmaq imkanı qazanan doktorant təlim müddətində molekulyar xarakterizasiya üsulları, xüsusilə də genetik markerlər və onların tətbiq sahələri ilə yaxından tanış olub.
Təlimdə laboratoriya avadanlıqlarından istifadə etmə, DNT analizləri aparmaq və bioinformatik üsullarla işləmək barədə praktik məlumatlar da verilib.