Logo

Cəzaçəkmə müəssisələrində buraxılış imtahanı verəcək şagirdlərin sayı açıqlandı

06.03.2025 16:19 65 baxış
IMG

“Martın 9-da digər məktəblərdə olduğu kimi, cəzaçəkmə müəssisələrində yerləşən xüsusi təyinatlı 6 məktəbdə də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək”.

Bunu Dövlət İmtahan Mərkəzindən TƏHSİL.BİZ -in sorğusuna cavab olaraq bildiriliblər. 

Qeyd edilib ki, imtahanda ümumilikdə 136 nəfərin iştirakı gözlənilir. İmtahanın keçirilməsi üçün DİM ərəfindən 6 imtahan rəhbəri və 13 nəzarətçi ayrılıb.

Xatırladaq ki, buraxılış imtahanlarında Elm və Təhsil Nazirliyi tərəfindən məlumatları “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilən bütün şagirdlər iştirak etməlidirlər. Cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə oxuyan şagirdlər də istisna deyil və hər il Dövlət İmtahan Mərkəzi həmin məktəblərin 9-cu və 11 ci sinfində (buraxılış sinfində) təhsil alan şəxslər üçün imtahan təşkil edir.


 

Xəbər lenti