Logo

Bu məktəbin 54 şagirdi RFO-nun finalında iştirak hüququ qazanıb

05.03.2025 10:17 52 baxış
IMG

Xəbər verdiyimiz kimi, ötən gün Respublika fənn olimpiadalarının yarımfinal turunun nəticələri elan olunub.

TƏHSİL.BİZ  xəbər verir ki, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 54 şagirdi olimpiadanın final mərhələsində iştirak hüququ qazanıb.

Şagirdlərin 15-i informatika, 11-i fizika, 10-u biologiya, 9-u riyaziyyat, 9 nəfəri isə kimya fənni üzrə finalda yarışacaq.

Xəbər lenti