Martın 3-də Qazaxıstanın Bədən Tərbiyəsi və Kütləvi İdman Akademiyasının (AİA) rəhbər heyəti Azərbaycan İdman Akademiyasında (AİA) qonaq olub.
TƏHSİL.BİZ xəbər verir ki, əvvəlcə qonaqlar Akademiyanın MediaLab və İdman tibbi tədqiqatları laboratoriyasında yaradılan şəraitlə tanış olub, ardınca iclas baş tutub.
AİA rəhbərliyi ilə Qazaxıstanın Bədən Tərbiyəsi və Kütləvi İdman Akademiyasının Elmi işlər üzrə prorektoru Tursunzada Kuanqaliyeva, Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsəm Aytəliyeva görüşdə iki ali təhsil müəssisəsi arasında əlaqələrin möhkəmləndirilməsi, gələcəkdə yeni layihələrin yaradılması, ikili diplom, birgə təlimlərin keçirilməsi və tədqiqatların aparılmasını müzakirə ediblər.
Yekunda AİA ilə Bədən Tərbiyəsi və Kütləvi İdman Akademiyası arasında əməkdaşlığa dair müqavilələr imzalanıb.