Bakı Dövlət Universitetinin respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun nəticələri açıqlanıb.
Bu barədə TƏHSİL.BİZ -ə universitetdən bildirilib.
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 15 şagirdi - Elman Kərimli, Uğur Quluzadə, Fidan Həşimova, Samil Əli, Yusif İbrahimzadə, Cabir Abbasov, Cahangir Zeynallı, Ayxan Məmmədli, Emilya Ağayeva, İbrahim İbrahimzadə, Tofiq Vəliyev, Alikamal Həsən, Turqut Hüseynli, Sulduz Hacıyev, Cəsur Rəsulzadə olimpiadanın finalına vəsiqə qazanıb. Onlardan 11-i Azərbaycan, 4-ü isə rus bölməsi üzrə təhsil alır.
Olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasıdır.