“Sosial sahibkarlıq ideyaları çempionatı” layihəsi çərçivəsində çempionat keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, layihə Xarxatan kənd tam orta məktəbinin 30 şagirdini əhatə etməklə, 3 ay davam edib. 3 ay ərzində şagirdlərə sosial sahibkarlıqla bağlı 8 təlim sessiyası həyata keçirilib. Daha sonra onlar komandalara bölünərək komanda şəklində ideyalar üzərində çalışıb, təqdimatlar hazırlayıblar.
Növbəti mərhələdə Çempionat günü təşkil edilib. Layihədə iştirak edən şagirdlər hər komandada 6 nəfər olmaqla 5 komandaya bölünüblər. 1 aya yaxın müddət ərzində hazırladıqları ideyaları münsiflər heyətinin qarşısında təqdim ediblər. Təqdim edilən ideyalar, kənd qadınlarının işsizliyi, fiziki məhdudiyyətli şəxslərin əl işləri, sərnişin daşımada vaxtın izlənilməsi, sahibsiz heyvanlar və milli geyimlərin istehsalını əhatə edib.
Çempionatın sonunda iştirak edənlərin hər birinə sertifikat və hədiyyələr təqdim edilib.
Xatırladırıq ki, “Sosial sahibkarlıq ideyaları çempionatı” layihəsi Xarxatan kənd tam orta məktəbinin ingilis dili müəllimi Şabəyim Həbibzadə tərəfindən icra edilibdir.