Logo

Tətbiqi hidrometeorologiya üzrə dərs vəsaiti nəşr olunub

05.03.2025 10:49 51 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri coğrafiya elmləri doktoru Səid Səfərovun tətbiqi hidrometeorologiya fənni üzrə dərs vəsaiti çapdan çıxıb.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, kitabda meteoroloji və iqlim şəraitinin insanın praktiki fəaliyyətinə təsirindən və kənd təsərrüfatı, texnika, tikinti, nəqliyyat, aviasiya, səhiyyə, həmçinin insan fəaliyyətinin digər operativ məsələlərində iqlim və cari hidrometeoroloji məlumatların istifadə üsullarından bəhs edilir. Kitabda meteoroloji müşahidə məlumatlarının təhlili əsasında tikinti və tibb müəssisələri üçün elmi cəhətdən əsaslandırılmış tövsiyələrin hazırlanma üsulları da verilib.

Xəbər lenti