“Huawei Technologies Azerbaijan” şirkətinin Orta Şərq və Mərkəzi Asiya (Qafqaz ölkələri də daxil olmaqla) regionu üzrə vitse-prezidenti Xanım Lin Yanxianın rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə anlaşma memorandumunun yenilənməsi, əməkdaşlığın gücləndirilməsi və yeni texnoloji imkanların yaradılması məsələləri müzakirə edilib.
Memorandumun əsas məqsədləri təlim proqramlarının inkişafı, tələbələrə praktik təcrübə imkanlarının artırılması və texnoloji infrastrukturun təkmilləşdirilməsidir.