Logo

MEK oxucularına “Britannica Academic Edition”a pulsuz giriş imkanı yaradır

06.03.2025 13:55 38 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) oxucularına dünya səviyyəli elmi resurslardan istifadə imkanı yaradır. MEK-in beynəlxalq tərəfdaşlığı çərçivəsində əldə olunan razılaşmaya əsasən, “Britannica Academic Edition” məlumat bazasına pulsuz giriş imkanı təmin edilib.

MEK-dən TƏHSİL.BİZ -ə bildirilib ki, artıq kitabxananın oxucuları sadəcə bir axtarışla aktual elmi mənbələrə, vizual və audiomateriallara çıxış əldə edə biləcəklər. Xüsusi təqdim olunan link (https://academic.eb.com/) vasitəsilə istifadəçilər yalnız ID daxil etməklə “Britannica Academic Edition” platformasına istənilən cihazdan (PC, MacBook, iPad, planşet, smartfon və s.) qoşula biləcəklər. Bundan əlavə, xidmətin mobil tətbiq (app) kimi istifadəsi də mümkündür.

“Britannica Academic Edition” - bütün fənlər və mövzular üzrə geniş və dərin məlumat təqdim edən elmi resursdur. Platformada 85000-dən artıq məqalə, 800000-dən artıq tammətnli jurnal, 50000-dən artıq şəkil, 2000-dən artıq video, 10000-dən artıq e-kitab və əsas mənbələr yer alır.

Bundan əlavə, portal Bioqrafiya bölməsi, Dünya Atlası və “Timeline” kimi funksiyaları da təqdim edir.

Qeyd edək ki, MEK istifadəçiləri üçün sınaq giriş aprelin 15-dək aktiv olacaq.

Daha geniş mənbələrdən elmi araşdırma aparmaq istəyən tədqiqatçılar da bu fürsətdən yararlana bilərlər.

Xəbər lenti