Logo

Şərqi Qazaxıstan Universitetinin nümayəndə heyəti UNEC-də olub

06.03.2025 16:18 43 baxış
IMG

Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universitetinin rektoru Tolegen Muxtarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

Bu barədə TƏHSİL.BİZ-ə UNEC-dən məlumat verilib.

UNEC-in rektoru professor Ədalət Muradovla keçirilən görüşdə universitetlər haqqında məlumat mübadiləsi aparılıb. UNEC-in təhsil imkanlarını, beynəlxalq reytinqlərdəki mövqeyini yüksək qiymətləndirən qazaxıstanlı rektor bu ali təhsil müəssisəsi ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib. O, Şərqi Qazaxıstan Universitetinin müəllimlərinin Orhun proqramı çərçivəsində UNEC-də mübadilədə iştirak etdiklərini bildirərək, gələcəkdə bu əlaqələrin daha genişləndirilməsinin hər iki universitet üçün faydalı olacağını diqqətə çatdırıb.

Rektor Ədalət Muradov isə türkdilli dövlətlərin ali təhsil müəssisələri ilə əlaqələrin qurulmasının UNEC-in prioritetlərindən olduğunu vurğulayaraq, mümkün əməkdaşlıqla bağlı fikirlərini bölüşüb.

Görüşdə gələcək əməkdaşlıq istiqamətində zəruri qərarlar qəbul edilib.

Xəbər lenti