Logo

BANM-in 3 tələbəsi “AzerGold”un “Təqaüd proqramı”nın qalibi seçilib

11.03.2025 10:44 135 baxış
IMG

 

 

 

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 3 tələbəsi “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Təqaüd proqramı”nın qalibi olub. Qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, Elnur İslamov (kimya mühəndisliyi, IV kurs), Nərmin Allahverdiyeva (kimya mühəndisliyi, V kurs), Fidan Yunusova (kimya mühəndisliyi, V kurs) qalib olublar.

Yekunda müsabiqəni uğurla keçən 10 tələbə “Təqaüd proqramı”na cəlb olunaraq, hər biri müvafiq təltifnamə və 9 ay müddətində hər ay 200 AZN məbləğində təqaüd əldə edəcək. Məqsəd gələcəkdə metallurgiya və qazma sahələrində peşəkar mütəxəssislərin yetişdirilməsinə dəstəkdir.

Xəbər lenti