Logo

Qarabağ Universitetinin Klinikasına baş direktor təyin olunub

10.03.2025 14:40 184 baxış
IMG

Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin Klinikasına baş direktor təyin olunub.

TƏHSİL.BİZ  xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Samir Namiq oğlu Babayev Qarabağ Universitetinin Klinikasına baş direktor təyin olunub.

Qeyd edək ki, Samir Babayev 2001-2003-cü illərdə Azərbaycan Tibb Universitetində, 2003-2007-ci illərdə Türkiyənin İstanbul Universitetində tibb təhsili alıb. 2009-2013-cü illərdə ABŞ-nin Nyu-York Tibb Kollecində rezidentura üzrə, 2013-2016-cı illərdə Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində təkmilləşdirmə proqramı üzrə təhsilini davam etdirib. Həmçinin iyirmi ilə yaxın müddətdə Nyu-York Tibb Kollecində, Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində, həmçinin Minnesota ştatında yerləşən Mayo Klinikasında rəhbər vəzifələrdə çalışıb. 

 

 


 

Xəbər lenti