Logo

İmtahanla 100-ə yaxın bağçaya müdir təyin edilib - Agentlik direktoru

20.12.2024 17:08 205 baxış
IMG

“İki ildir ki, bağça müdiri vəzifəsində işləmək arzusunda olan şəxslər üçün imtahan təşkil edilir.  Artıq 100-ə yaxın təyinatımız olub və növbəti imtahanın keçirilməsi ərəfəsindəyik”.

TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Gənc tərbiyəçi-müəllimlər üçün təhsil forumunda deyib.

Onun sözlərinə görə, əsas vəzifələrindən biri təhsilverənlərin peşəkar inkişafı ilə bağlıdır: “Əvvəlki illərdə qanunvericiliyin tələblərinə riayət olunmamış, ixtisas tələblərinə riayət olunmadan, müxtəlif ixtisaslı şəxslər bu sektorda işə qəbul olunub. Bunu yolverilməz hesab edirik. Əminliklə deyə bilərəm: 2 ilə yaxındır ki, bizim işə qəbul etdiyimiz 700-dən çox tərbiyəçi zəruri təhsil səviyyəsinə yiyələnib. Eyni zamanda qiymətləndirmə mərhələlərindən keçmiş şəxslər işə qəbul edilib”. 

Xəbər lenti