Logo

Bağça müdirlərinin fəaliyyətinin qiymətləndirilməsində bu amil nəzərə alınacaq

20.12.2024 17:06 297 baxış
IMG

“Bağçalara uşaqların qeydiyyatı prosesi tam elektron formada həyata keçirilir. Bu, valideyn məmnuniyyətinə təsir edən prosesdir və növbəti il bağça müdirlərinin fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan olacaq”. 

TƏHSİL.BİZ  xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən Gənc tərbiyəçi-müəllimlər üçün təhsil forumunda deyib.

O, bu baxımdan bağça müdirlərinin qeyd edilən istiqaməti xüsusi nəzarətdə saxlamasını vacib sayıb.

E.Bağırov bağçaların qida təminatı və qida zəncirinin idarəolunmasının əsas hədəflərindən biri olacağını söyləyib.

Agentlik direktoru əlavə edib ki, bu istiqamət üzrə monitorinqlərin aparılması davamlı xarakter daşıyacaq. 

Xəbər lenti