Logo

Bilkent Universitetinin professoru Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyətindən danışıb

19.12.2024 16:59 32 baxış
IMG

COP29-un davamı olaraq Bakıda keçirilən “Memarlıq və inşaatda enerji və ətraf mühit texnologiyaları" beynəlxalq konfransı böyük əhəmiyyətə malikdir. Bu tədbirə dünyanın müxtəlif ölkələrindən nümayəndələr qatılıb və onların fəaliyyəti ətraf mühitin qorunması və insan amili ilə bağlı müxtəlif aspektləri əhatə edir.

TƏHSİL.BİZ xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakıda keçirilən “Memarlıq və inşaatda enerji və ətraf mühit texnologiyaları" (ICETEA 2024) beynəlxalq elmi konfransında iştirak edən Türkiyənin Bilkent Universitetinin professoru Əmirulla Məmmədov söyləyib.

E.Məmmədov diqqətə çatdırıb ki, araşdırmaları böyük kənd və şəhərlərdə mövcud olan səs-küy problemlərinin həllinə yönəlib: “Bu məqsədlə tətbiq edilən yeni texnologiyalar və sistemlərin əsas üstünlüyü onların aşağı maliyyə ilə geniş şəkildə tətbiq oluna bilməsidir”.

Konfransda iştirakından məmnunluğunu bildirən professor doğma Vətəninə hər zaman sevinclə geri qayıtdığını bildirib: “Uzun illər əvvəl Azərbaycandan ayrılmağıma baxmayaraq, hər dəfə dəvət aldıqda məmnuniyyətlə qəbul edirəm. Əgər bu fəaliyyətdə bizim də kiçik bir töhfəmiz varsa, bu, mənim üçün böyük bir xoşbəxtlikdir”.

Xəbər lenti