18 dekabr 2024-cü il tarixində Bakı Slavyan Universitetində “Keyfiyyətin təminatı” komissiyasının iclası baş tutub. İclasda 2025-2026-cı illər üzrə qarşıda duran hədəflər, komissiyanın müvafiq dövr üçün fəaliyyət planı və Strateji İnkişaf Planının (SİP) daha aydın və ölçüləbilən formada təşkili məsələləri müzakirə olunub.
Tədbirdə keyfiyyətin təminatı sahəsində effektiv idarəetmə mexanizmlərinin tətbiqi və müasir tələblərə uyğun fəaliyyət prinsiplərinin müəyyənləşdirilməsi istiqamətində vacib qərarlar qəbul edilib, SİP-in yenilənməsi və qarşıdakı dövr üzrə əsas prioritetlərin icrası üçün zəruri addımların atılmasının vacibliyi vurğulanıb.