Logo

Təhsil Tələbə Krediti Fondunun 3 illik fəaliyyətinə dair hesabat tədbiri keçirilib

20.12.2024 16:40 105 baxış
IMG

Dekabrın 20-də Təhsil Tələbə Krediti Fondunun (TTKF) 3 illik fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, tədbirdə TTKF-nin 3 il ərzində fəaliyyətindən, əldə olunan nəticələrdən və tələbələrə verdiyi töhfələrdən bəhs edən film nümayiş olunub.

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov təqdimatla çıxış edərək, Fondun yaranması, məqsədləri, qarşıya qoyulan hədəflər, təhsil tələbə kreditlərinin verilməsi qaydaları, geri ödənişlər və s. haqqında ətraflı məlumat verib.

Bəhruz Əzimov qeyd edib ki, Təhsil Tələbə Krediti Fondunun əsas məqsədi əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.

Daha sonra çıxış edən Elm və Təhsil Nazirliyinin şöbə müdiri Səbuhi Rzayev və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Araz Paşayev Fondun fəaliyyətinin geniş ictimaiyyətə çatdırılmasında media nümayəndələrinin rolunu vurğulayıblar. Onlar bu təşəbbüsü tələbələrə dəstək mexanizmi kimi qiymətləndiriblər.

Ardınca TTKF-nin təşkil etdiyi “Könüllü” proqramında təhsil tələbə kreditləri barədə maarifləndirmə işlərində səmərəli fəaliyyətlərinə görə könüllülər təşəkkürnamələrlə təltif olunub.

Daha sonra media nümayəndələrinin sualları cavablandırılıb.

Xəbər lenti