Logo

Xaricdəki alimlərimiz daha çox fundamental elmlər, tibb, mühəndislik üzrə çalışırlar - Məsud Əfəndiyev

19.12.2024 10:28 35 baxış
IMG

Xaricdəki Azərbaycan alimləri daha çox fundamental elmlər, tibb, mühəndislik sahələri üzrə fəaliyyət göstərirlər.  

Bunu TƏHSİL.BİZ -ə Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, Humboldt mükafatını qazanan ilk azərbaycanlı alim, professor Məsud Əfəndiyev deyib.

Onun sözlərinə görə, xaricdəki alimlərimiz Azərbaycan məktəblərində dərs keçməyə, eyni zamanda ölkəmizdə tədqiqat aparmağa çox maraq göstərir və bunu özlərinin başlıca prioritet vəzifəsi hesab edirlər: "Zənnimcə, xaricdə yaşayan alimlərimizin Azərbaycana qaytarılmasından daha üstün hədəflər olmalıdır. Onların Azərbaycanımızın elm və tədris sahəsi üzrə taleyüklü məsələlərində iştirakının təmin edilməsi daha düzgün olardı".

Məsud Əfəndiyev qeyd edib ki, hazırda Dünya Azərbaycanlı Alimlər Birliyinin bazasında 250-yə yaxın alimlə bağlı məlumat toplanılıb. Azərbaycanlı alimlər daha çox Türkiyə, Rusiya, Almaniya və ABŞ-də çalışırlar.

Hazırda Naxçıvan Muxtar Respublikasında səfərdə olan professor buradakı məktəblərin şagirdləri ilə görüşündən də bəhs edib: "Naxçıvanda olduğum müddətdə xüsusi tədbirlər keçirildi ki, onların sırasında 19 orta məktəbin müəllim və şagirdlərinin iştirak etdiyi görüş daha çox fərqlənir. Xüsusi vurğulayım ki, görüş zamanı şagirdlərə öz elmi təcrübələrimdən danışaraq onları elmə və təhsilə daha çox maraq göstərməyə çağırdım. Hər bir şagirdin böyük potensialı var və bu potensialı üzə çıxartmaq üçün səbirli olmaq və daim çalışmaq lazımdır".

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/19%20December%202024/d0737bc9-6b9c-420b-b9c2-eb6959a058d4_WhatsApp%20Image%202024-12-19%20at%2009.41.46_e8ba76dd.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/19%20December%202024/c19e323d-2fd3-4f3c-ac87-01374c3218d9_WhatsApp%20Image%202024-12-19%20at%2009.41.45_45623747.jpg

 

 

 


 

Xəbər lenti