"Hazırda qiyabi təhsil forması üzrə oxuyanların xüsusi çəkisi az, eyni zamanda onların əmək fəaliyyəti ilə məşğul olmaq imkanları mövcud olduğuna görə bu tələbələrə təhsil kreditinin ayrılması hələ ki, planda yoxdur".
TƏHSİL.BİZ xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov bu gün media üçün təşkil edilmiş brifinqdə deyib.
O bildirib ki, bu məsələ müzakirə edilməli, maliyyə yükü hesablanmalıdır.