Çində 16-24 yaşlı insanlar arasında işsizlik səviyyəsi rekord həddə çatıb.
Tehsil.biz xəbər verir ki, göstəricilər hər ay artmağa davam edir.
Tələbələr istisna olmaqla, 25-29 yaşlı şəxslər arasında işsizlik dörd aylıq maksimuma - 6,9 faizə çatıb.
Bir ay əvvəl bu göstərici 6,5 faiz təşkil edib. 30-59 yaşlı insanlar üçün isə bu rəqəm dəyişməyib.
Bu da ölkədə ciddi narahatlığa səbəb olub. Belə ki, ölkənin əsasını təşkil edən gənclərin çoxu işsizdir. Bu da iqtisadi böhran deməkdir.