Logo

Təhsil İnstitutu ilə “Corpowid – rəqəmsal müyəssərlik” şirkəti arasında memorandum imzalanıbTəhsil İnstitutu ilə “Corpowid – rəqəmsal müyəssərlik” şirkəti arasında memorandum imzalanıb

12.10.2024 17:31 168 baxış
IMG

11 oktyabr tarixində Təhsil İnstitutu ilə “Corpowid – rəqəmsal müyəssərlik” şirkəti arasında memorandum  imzalanıb.

Görüşdə “Corpowid – rəqəmsal müyəssərlik” şirkətinin  İdarəedici tərəfdaşları Islam Rizayev və Orxan Məmmədov, Təhsil İnstitutunun direktor müavini Kənan Kərimli və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynur Alışzadə iştirak edib.

Memorandum çərçivəsində təhsil sahəsinə aid olan internet saytlarını və elektron dərs vəsaitlərini fiziki məhdudiyyətli və əlilliyi olan istifadəçilər üçün əlçatan etmək və bu sahədə inteqrasiya imkanlarının araşdırılması üzrə birgə əməkdaşlıq nəzərdə tululub.

İslam Rizayev “Corpowid – rəqəmsal müyəssərlik” şirkətinin Azərbaycan başda olmaqla bir çox ölkələrdə internet resurslarını süni intellektdən istifadə etməklə müyəssərlik fəaliyyəti göstərdiyini bildirib və Təhsil İnstitutu ilə əməkdaşlıqdan məmnun olduğunu vurğulayıb. 

Qeyd edək ki, şirkət internet saytlarını əlilliyi olan istifadəçilər, o cümlədən epilepsiya, disleksiya, görmə qabiliyyəti məhdud, koqnitiv pozğunluğu olan istifadəçilər, bir sözlə sağlamlıq imkanları məhdud istifadəçilər üçün nəzərdə tutulmuş funksionallıqla təmin edir.

Görüş zamanı Təhsil İnstitutunun direktor müavini Kənan Kərimli ölkəmizdə bu mövzuya son zamanlarda xüsusi diqqət yetirildiyini qeyd edərək əməkdaşlığın və göstərilən xidmətin sosial məsuliyyət nöqtəyi nəzərindən vacibliyini bildirib.

Əməkdaşlıq memorandumunu Təhsil İnstitutunun direktor müavini Kənan Kərimli və “Corpowid – rəqəmsal müyəssərlik” şirkətinin İdarəedici tərəfdaşı İslam Rizayev imzalayıblar.
 

Xəbər lenti