Logo

47 xarici tələbə Azərbaycanda təhsil alacaq

14.10.2024 12:45 254 baxış
IMG

2024-2025-ci tədris ili üzrə 47 xarici tələbə “Hökumətlərarası Təqaüd Proqramları” (HTP) çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. 

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Belə ki, 36 nəfər Çin Xalq Respublikası vətəndaşı, 5 nəfər Qazaxıstan Respublikası vətəndaşı, 4 nəfər Tacikistan Respublikası vətəndaşı, 1 nəfər Serbiya Respublikası vətəndaşı və 1 nəfər Rumıniya vətəndaşı Azərbaycanda müxtəlif təhsil səviyyələri üzrə təhsil almaq imkanı əldə edib. Bu da ötən ilə nisbətdə 62% (29 nəfər) artım deməkdir.

Əcnəbi tələbələr Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavriat, magistratura və doktorantura səviyyələrində humanitar və sosial, təhsil, tibb, iqtisadiyyat və idarəetmə, təbiət, texniki və texnoloji, mədəniyyət və incəsənət ixtisasları üzrə təhsil alacaqlar.

Qeyd edək ki, Azərbaycanda təhsil xarici ölkə vətəndaşları üçün "Study in Azerbaijan” ilə daha əlçatandır.

Xəbər lenti