Türkiyə-Azərbaycan Universiteti tələbələrinin ikili diplom proqramlarının olduğu Türkiyə universitetlərinə səfəri təşkil edilib.
TƏHSİL.BİZ xəbər verir ki, universitetin "Qida mühəndisiyi" ixtisasının tələbələri Hacettepe Universitetinə gedib, oradakı tədris mühiti ilə tanış olublar. "Sənaye mühəndisliyi" ixtisasında oxuyan tələbələr isə müvafiq olaraq İstanbul Texniki Universitetini ziyarət edib və burada yaradılan şərait barədə ətraflı məlumat alıblar.
TAU-nun "Kompüter mühəndisliyi" ixtisasında təhsil alan tələbələrini isə Ortadoğu Texniki Universiteti qarşılayıb.
"Türkiyə və Azərbaycan arasında güclü akademik əməkdaşlığın ən gözəl nümunələrindən biri olan Türkiyə-Azərbaycan Universitetinin "Kompüter mühəndisliyi" ixtisasının tələbələrini bir həftə Ankara kampusumuzda qonaq etməkdən məmnunluq duyuruq.
Geniş kampus turu ilə başlayan proqram tələbələrimizə Ankara kampusumuzun zəngin akademik və sosial imkanları ilə tanış olmaq fürsəti təqdim etdi. Ortaq tədris planı olan "Kompüter mühəndisliyi" ixtisasında təhsil alan tələbələr ODTÜ-nün təhsil keyfiyyətini birinci əldən yaşamaq imkanı əldə etdilər.
Proqramın akademik ölçüsündə tələbələrimizə ODTÜ Teknokent, Cəmiyyət və Elm Tətbiq və Araşdırma Mərkəzi və Dizayn Fabriki kimi innovativ və texnoloji infrastrukturumuzu tanıdan təqdimatlar edildi. Onlara gələcəyin texnologiyalarını formalaşdıran layihələr və tədqiqatlar haqqında məlumat verildi.
Kampus həyatını araşdırarkən, Eymir gölü və şəhər gəzintiləri ilə Ankaranın təbii və mədəni zənginliklərini görmə fürsəti tapdılar. Bu təcrübələr tələbələrə təkcə akademik deyil, həm də unudulmaz sosial xatirələr bəxş etdi.
Türkiyə-Azərbaycan Universiteti ilə təklif etdiyimiz ikili diplom imkanı iki ölkənin akademik və elmi əməkdaşlığını gücləndirməyə davam edəcək.
Birlikdə öyrənməyi, istehsal etməyi və gələcəyi qurmağı səbirsizliklə gözləyirik", - deyə OTDÜ-nün məlumatında qeyd olunub.