Logo

BSU-nun dosenti Nurlana Mustafayeva Albaniyada beynəlxalq konfransda çıxış edib

26.11.2024 11:25 25 baxış
IMG

Bakı Slavyan Universitetinin Balkanşünaslıq kafedrasının müdiri, filologiya elmləri doktoru Nurlana Mustafayeva 25 noyabr 2024-cü il tarixində Albaniyanın Tirana Universitetində keçirilən “Albanologiyanın auditoriyaları” adlı beynəlxalq konfransda çıxış edib. O, Azərbaycan və Albaniya arasında təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini və Prezident İlham Əliyevin bu prosesdəki rolunu vurğulayaraq, iki ölkə arasında dil mütəxəssislərinin hazırlanmasının vacibliyini qeyd edib.

Səfər zamanı Nurlana Mustafayeva Tirana Universitetinin rektoru Prof.Dr. Artan Hoxha ilə görüşərək BSU-nun Balkanşünaslıq kafedrasının fəaliyyəti və əməkdaşlıq imkanlarını müzakirə edib. Rektor iki universitet arasında əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib.

Bu səfər BSU və Tirana Universiteti arasında gələcək əməkdaşlıq üçün mühüm zəmin yaradıb.

Xəbər lenti