Logo

MDU-da tələbələrin elmi-praktik seminarı keçirilib

26.11.2024 12:41 31 baxış
IMG

2024-cü il noyabrın 25-də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) Fizika və Kimya dərnəyinin təşkilatçlığı ilə “Həyatımız təbiət elmlərinin gözü ilə” mövzusunda tələbələrin elmi-praktik seminarı keçirilib.

Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, seminarda giriş sözü ilə çıxış edən MDU-nun Fizika və Ekologiya kafedrasının müəllimi Xəyalə Hüseynzadə təşkil olunan seminarın tələbələrin elmi fəaliyyətə marağının artırılması işinə töhfə məqsədi daşıdığını bildirib və iştirakçılara uğurlar arzulayıb.

Sonra X.Hüseynzadənin moderatorluğu ilə tələbələrin məruzələri dinlənilib. “Kimya müəllimliyi” ixtisasının tələbəsi Nigar Hüseynova “İki ixtirası ilə bəşəriyyətə və ətraf mühitə ziyan vuran alim – Tomas Micli”, “Kimya – biologiya” ixtisasının tələbəsi Leyla Mikayilova “Qan damar sisteminin quruluşu”, “Fizika müəllimliyi” ixtisasının tələbəsi Solmaz Rüstəmli “Təbiət hadisələrinin və texnoloji yeniliklərin atom fizikası ilə təsəvvürü”, “Kimya müəllimliyi” ixtisasının tələbəsi Xədicə Əhmədova “Süni qidalardan istifadənin sosial-fəlsəfi məqamları”, “Fizika müəllimliyi” ixtisasının tələbəsi Şəmsiyyə Mustafayeva “Fizikanın tədrisində ekoloji məsələlər” mövzularında məruzələrlə çıxış ediblər.

İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələrdən sonra seminar tələbələrin təqdimatında bir sıra kimyəvi təcrübələrin nümayiş etdirilməsi ilə davam edib.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər keçirilir.

Xəbər lenti