Logo

Təhsil Tələbə Krediti Fondu: Üç il ərzində 41 milyon manata yaxın vəsait ali məktəblərin hesablarına köçürülüb

20.12.2024 10:52 61 baxış
IMG

Təhsil Tələbə Krediti Fondunun (TTKF) elektron portalına bu günə kimi 58 mindən çox müraciət daxil olub. 46 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu TTKF-nin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov Təhsil Tələbə Krediti Fondunun 3 illik fəaliyyətinə dair keçirilən brifinqdə deyib. O bildirib ki, 41 milyon manata yaxın vəsait təhsil müəssisələrinin hesablarına köçürülüb: “Fond tərəfindən davamlı şəkildə təbliğat, təşviqat və maarifləndirmə işləri aparılıb. Hesabat dövrü ərzində respublika ərazisində yerləşən ali, orta ixtisas, peşə təhsili və ümumi təhsil müəssisələrində görüşlər keçirilib və bu görüşlərdə 55 minə yaxın şəxs iştirak edib. Fondun qaynar xətti və sosial media hesablarına daxil olmuş müvafiq olaraq 45 və 90 mindən çox müraciət operativ qaydada cavablandırılıb. Vətəndaş qəbuluna yazılmış 1000 nəfərə yaxın şəxsin müraciətlərinin araşdırılaraq müvafiq dəstək göstərilib”.


 

Xəbər lenti