Logo

UNEC-də “IWD 2025 Baku” tədbiri keçirilib

21.04.2025 12:52 98 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İnnovativ Gənclər Təşkilatının tərəfdaşlığı ilə “IWD 2025 Baku” tədbiri keçirilib.

Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, “Google for Developers” proqramlarından “Women Techmakers” və “Google Developer Groups” tərəfindən təşkil olunan beynəlxalq miqyaslı tədbir dünyanın 500-dən çox şəhərində keçirilir və bu il artıq ikinci dəfədir ki, Bakı şəhərində keçirilib. 

Tədbir qadınların IT sahəsindəki uğurlarını qeyd etməklə yanaşı, bu sahəyə maraq göstərən iştirakçılar üçün də ilhamverici çıxışlar, netvörking imkanları və karyera dəstəyi təqdim edib.

“IWD 2025 Baku” çərçivəsində IT sahəsində uğur qazanmış yerli və xarici xanım mütəxəssislər öz bilik və təcrübələrini iştirakçılarla bölüşüblər. Tədbir boyunca yeni texnologiyalar, süni intellekt, proqramlaşdırma və startap mövzularında maraqlı çıxışlar dinlənilib.

UNEC İnnovativ Gənclər Təşkilatının idarə heyəti tədbirdə iştirak etməklə, texnologiya sahəsindəki beynəlxalq trendlərlə yaxından tanış olub.

 

 

 

 


 

Xəbər lenti