Logo

İsmayıllı məktəblisi cüdo üzrə liqa yarışının qalibi olub

21.04.2025 17:32 36 baxış
IMG

İsmayıllı məktəblisi U-14 yeniyetmələr arasında keçirilən cüdo üzrə liqa yarışının qalibi olub.

TƏHSİL.BİZ  xəbər verir ki, İsmayıllı şəhəri E.Məmmədov adına 3 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Nərgiz Fərzəliyeva Liqanın qızıl medalını qazanıb.

Abşeron Olimpiya İdman Kompleksində baş tutan turnirdə ölkənin müxtəlif bölgələrindən olan 101 klub və idman cəmiyyətindən ümumilikdə 545 cüdoçu (449 oğlan, 96 qız) güclərini sınayıb.
Yarışın ilk günündə 9 çəki dərəcəsində qalib və mükafatçılar müəyyən olunub. İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Nərgiz Fərzəliyeva 36 kq çəki dərəcəsində çıxış edərək qızıl medala layiq görülüb.

 


 

Xəbər lenti