Logo

Enactus LDU komandası üçün müsahibə mərhələsi yekunlaşıb

21.04.2025 12:54 90 baxış
IMG

Lənkəran Dövlət Universitetində fəaliyyətə başlayacaq Enactus LDU komandası üçün təşkil olunan müsahibə mərhələsi başa çatıb. 

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Lənkəran Dövlət Universiteti məlumat yayıb.

Bildirilir ki, Enactus – "Entrepreneurial Action for Us" ifadəsinin qısaltması olaraq, gəncləri sahibkarlıq bacarıqları vasitəsilə cəmiyyətə faydalı və davamlı dəyişikliklər etməyə təşviq edən qlobal bir platformadır. Dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərən Enactus tələbələrin sosial məsuliyyət daşıyan layihələr vasitəsilə liderlik və innovasiya bacarıqlarını inkişaf etdirməsini hədəfləyir.

3 gün ərzində davam edən müsahibələr zamanı tələbələr öz kreativ ideyalarını, təşəbbüskarlıqlarını və komandaya qatmaq istədikləri dəyərləri nümayiş etdiriblər. Müsahibənin nəticələri yaxın günlərdə açıqlanacaq.

 

 

 

 


 

Xəbər lenti