Logo

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin ilk mərhələsi keçirilib

21.04.2025 14:10 96 baxış
IMG

20 aprel tarixində II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin ilk mərhələsi keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilən müsabiqənin nəticələrini 29 aprel tarixindən etibarən http://kenquru-2025.az/ saytı vasitəsilə şəxsi kabinetinizdən əldə edə bilərsiniz.

Bildirilir ki, uzun illərdir, ölkəmizdə keçirilən bu müsabiqədə minlərlə şagirdə riyaziyyat fənni üzrə biliklərini yoxlamaq imkanı yaradılır. Müsabiqə şagirdlərin problem həlletmə bacarıqlarını, məntiqini və riyazi biliklərini yoxlayan qapalı tipli test tapşırıqlarından ibarətdir.

 

 

 

 


 

Xəbər lenti