Elm və Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə 2024-2025-ci illər mövsümünün qrup oyunları başa çatıb.
TƏHSİL.BİZ xəbər verir ki, liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında potensial idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması və tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasıdır.
Liqanın pley-off mərhələsində Azərbaycan İdman Akademiyası ilə Bakı Dövlət Universiteti, həmçinin Azərbaycan Texniki Universiteti ilə Bakı Mühəndislik Universitetinin komandaları mübarizə aparacaq. 12 ali təhsil müəssisəsinin komandalarının mübarizə apardığı yarış may ayında yekunlaşacaq.
Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.