Logo

Aşqarlar Kimyası İnstitutunda akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr edilən tədbir keçirilib

24.11.2025 12:23 36 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda akademik Yusif Məmmədəliyevin anadan olmasının 120-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

İnstitutdan TƏHSİL.BİZ-ə bildirilib ki, tədbiri bu elmi müəssisənin baş direktoru akademik Vaqif Fərzəliyev açaraq, akademik Yusif Məmmədəliyevin həyat və fəaliyyəti, onun yaratdığı elmi məktəb, görkəmli alimin elmin inkişafı naminə gördüyü işlər haqqında geniş məlumat verib. Qeyd edib ki, akademik Yusif Məmmədəliyevin apardığı tədqiqatlar kimya elminin bir sıra istiqamətlərində öz təsdiqini tapıb. Onlardan biri də aşqarlar kimyası istiqamətidir.

“Sənayedə alınan ilk aşqarlar sürtkü yağlarının yalnız bir xassəsini yaxşılaşdırırdı. Sonralar artıq sürtkü yağlarının bir neçə vacib istismar xassəsini yaxşılaşdıran çoxfunksiyalı aşqarlar yaradıldı. Aşqarların yaradılması və tətbiqində qazanılmış nailiyyətləri, həmçinin aşqarlar kimyasının fundamental məsələləri üzrə əldə edilən mühüm elmi nəticələri nəzərə alan SSRİ-nin görkəmli alimlərinin təklifi ilə 1965-ci ildə Azərbaycan Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun Aşqarların sintezi və texnologiyası laboratoriyasının əsasında SSRİ-də ilk ixtisaslaşmış institut - Aşqarlar Kimyası İnstitutu yaradıldı”, - deyə akademik qeyd edib.

Tədbir iştirakçıları görkəmli alimin kimya sahəsindəki işləri haqqında çıxışlar ediblər.

Sonda “ Akademik Yusif Məmmədəliyev -120” adlı videoçarx nümayiş olunub.

Xəbər lenti