Logo

Təhsil Nazirliyi: 6891 nəfər peşə təhsili müəssisələrinə qəbul üçün qeydiyyatdan keçib

16.08.2021 10:40 800 baxış
IMG

Peşə təhsili müəssisələrinə 2021-2022-ci tədris ili üzrə tələbə qəbulu aparılır.

Bu barədə  Təhsil Nazirliyindən Tehsil.biz-ə məlumat verilib. Bildirilib ki, avqustun 10-dan avqustun 16-sı saat 10:00-dək 6 min 891 nəfər peşə təhsili müəssisələrinə qəbul üçün elektron qeydiyyatdan keçib.

Peşə təhsili almaq istəyən şəxslər avqustun 20-dək portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçənlərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “Şəxsi kabinetim” bölümündə yerləşdirilməsi və SMS bildiriş vasitəsilə də təqdim edilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslinin təqdim edilməsi üçün dəvət olunacaq.

Xəbər lenti