Logo

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

28.04.2024 11:27 197 baxış
IMG

“Titanik” gəmisinin varlı sərnişininə məxsus olmuş qızıl cib saatı 1,175 milyon funt sterlinqə (1 funt sterlinq = 2,2 manat) satılıb.

Tehsil.biz xəbər verir ki, bu barədə Britaniyanın “Henry Aldridge & Son” hərrac evi məlumat yayıb.

Bildirilir ki, saatın 150 min funt sterlinqə satılacağı ehtimal edilirdi.

Bununla da məşhur gəmidən çıxan əşyalarla bağlı rekord yenilənib. Bu gəminin sərnişininə məxsus skripka 2013-cü ildə 1,1 milyon funt sterlinqə satılmışdı.

Xəbər lenti